Müdafiə naziri HDQnin yeni inşa edilmiş infrastruktur obyektinin açılışında iştirak edib VİDEO FOTO


Digərləri 09 İyl 2019 15:03:00 218 0

Müdafiə naziri HDQnin yeni inşa edilmiş infrastruktur obyektinin açılışında iştirak edib  VİDEO  FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Bu barədə Son.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HDQ-nin hərbi hissələrindən birində yeni inşa edilən infrastruktur obyektinin açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri qərargah, matros yataqxanaları, tibb məntəqəsi, digər xidməti və inzibati otaqlara, eləcə də ərazidəki qurğu və avadanlıqlara baxış keçirib.


Xəbərə aid fotolar