Aeroport ərazisində QƏZA


Digərləri 09 İyl 2019 13:41:00 291 0

Aeroport ərazisində QƏZA

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yol-nəqliyyat qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, baş vermiş yol-nəqliyyat qəzası nəticəsində sərnişin terminalının binasının konstruksiyasına ziyan dəyib.

İnsident zamanı 90-JU-147 qeydiyyat nişanlı yük maşını manevr zamanı Terminal 2-nin şüşə konstruksiyasına toxunub. Hadisə yerinə yol patrul xidməti dəstəsi çağırılıb, sürücüyə inzibati xəta haqqında protokol tərtib edilib.

Hazırda binaya vurulan ziyanın dəyəri qiymətləndirilir.


Xəbərə aid fotolar