Azərbaycanın iki tanınmış kişisi ombasını böyütdürdü FOTO


Şou-biznes 09 İyl 2019 13:18:00 281 0

Azərbaycanın iki tanınmış kişisi ombasını böyütdürdü  FOTO

Son günlər tanınmış xanımlar arasında dəb halını alan ombaböyütmə ənənəsinə bu dəfə iki məşhur kişi qoşulub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, stilistlər Qusik Simon və Fərid plastik əməliyyatla ombalarını böyütdürüblər. Stilistlər bel və qarın nahiyələrindəki piyləri çıxartdıraraq, arxa hissələrinə vurdurublar. Hətta Qusik və Fərid əməliyyatla qarın hissələrinə "paxlava" da qoydurublar.

Şəhər klinikalarından birində gerçəkləşən əməliyyat uğurla başa çatıb. Hər iki stilist artıq evə buraxılıb. Fərid isə ötən gün rəqqasə Fatimə Fətəliyevanın tədbirinə qatılıb. O, yeriməkdə çətinlik çəkib və axsaya-axsaya gəzib.

Qeyd edək ki, müğənnilər Roza Zərgərli, Xatun Əliyeva, Xatirə İslam da ombaböyütmə əməliyyatı etdiriblər.


Xəbərə aid fotolar