Agentlik sədri: Bağçalarda uşaqlara eyni qidanın verilməsi düzgün deyil


Digərləri 09 İyl 2019 13:10:00 228 0

Agentlik sədri: Bağçalarda uşaqlara eyni qidanın verilməsi düzgün deyil

Azərbaycanın bütün regionlarında bağçalarda uşaqlara eyni qidanın verilməsi düzgün deyil.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanın bütün regionlarında bağçalarda uşaqlara eyni qidanın verilməsi düzgün deyil. Çünki bəzi regionlarda dəmir çatışmazlığı var. Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, bəzi regionlarda dəmir çatışmazlığının olması sonda əhalidə dəmir defisitinin yaranmasına səbəb olur: "Bu xəstəlik əsasən qız uşaqlarında müşahidə edilir. Ümümdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, 2017-ci ildə Azərbaycanda qadınlar arasında dəmir defisitli anemiya 44 faiz təşkil edib".