Masallıda 8 nəfərin öldüyü qəza ilə bağlı


Digərləri 09 İyl 2019 12:37:00 214 0

Masallıda 8 nəfərin öldüyü qəza ilə bağlı

Masallı rayonu ərazisində baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Respublika Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saat 07 radələrində Ələt-Astara yolunun 135-ci kilometrliyində baş verib:

"99-LH-458 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə irəliləyən "KAMAZ" markalı 10-MG-329 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə 8 nəfər dünyasını dəyişib, 1 nəfər xəsarət alıb. Hazırda faktla bağlı istintaq aparılır".