Milli Məclis toplaşır


Digərləri 09 İyl 2019 10:53:00 197 0

Milli Məclis toplaşır

Bu gün Milli Məclisin növbədəkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxildir.

Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında", "Dövlət satınalmaları haqqında" qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.

Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də baxacaqlar.