Milli Məclis toplaşır - 38 məsələyə baxılacaq


Digərləri 09 İyl 2019 10:25:00 147 0

Milli Məclis toplaşır - 38 məsələyə baxılacaq

Bu gün Milli Məclisin növbədəkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

Bakı. Elçin Mehdiyev - Bu gün Milli Məclisin növbədəkənar sessiyasının növbəti plenar iclası keçiriləcək. Trend-in məlumatına görə, iclasın gündəliyinə 38 məsələ daxildir. Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında", “Dövlət satınalmaları haqqında” qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq. Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də baxacaqlar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin