Hacıqabulda iki "KamAZ" toqquşdu:


Digərləri 09 İyl 2019 09:17:00 216 0

Hacıqabulda iki "KamAZ" toqquşdu:

Hacıqabul rayonunun Muğan qəsəbəsində "KamAZ" markalı yük avtomobili yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "KamAZ" markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Tağıyev Fikrət Əvəz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.