Masallıda ağır qəzada ölənlər və xəsarət alan 2 nəfərin kimliyi məlum oldu


Digərləri 09 İyl 2019 09:14:00 182 0

Masallıda ağır qəzada ölənlər və xəsarət alan 2 nəfərin kimliyi məlum oldu

Masallıda ağır qəzada dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

Bakı. Ceyhun Ələkbərov - Masallıda ağır qəzada dünyasını dəyişən şəxslərin kimliyi məlum olub. Trend-in məlumatına görə, dünyasını dəyişənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir. Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil. Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Milanə Atalı qızı, soyadı məlum olmayan Ruhiyyə adlı qadındır. Masallı Mərkəzi Rayon Xəstəxanasından Trend-ə verilən məlumata görə, hər iki şəxsin vəziyyəti yaxşıdır.