Boeing şirkəti uçan avtomobil layihəsində sona yaxınlaşır


Digərləri 09 İyl 2019 08:51:00 267 0

Boeing şirkəti uçan avtomobil layihəsində sona yaxınlaşır

ABŞ təyyarə şirkəti Boeing, uçan avtomobil layihəsini həyata keçirə bilmək üçün Kitti Hawk şirkəti ilə ortaqlıq qurdu.

Son.az deyerler.org-a istinadən bildirir ki, ABŞ təyyarə istehsalçısı Boeing, 2019-cu ilin əvvəlində uçan avtomobil olaraq adlandırılan hava nəqliyyatı vasitəsi prototipinin ilk sınaq uçuşunu, müvəffəqiyyətli bir formada reallaşdırmışdı.

Boeing şirkətinin pilotsuz hava nəqliyyatı vasitəsi, eniş və qalxış üçün hər hansı bir təyyarə eniş məkanına ehtiyac duymur.

Bir vertolyot kimi yüksəlib aşağı düşə bilən hava nəqliyyatı vasitəsi, elektrikli mühərriklər istifadə edir. Bu pilotsuz hava nəqliyyatı vasitəsinin mənzili və mühərrik gücü Boeing tərəfindən hələ açıqlanmasa da indidən adından tez-tez danışdırmağa başladı.