Çin kvant rabitəsi üçün dron hazırlayıb


Digərləri 09 İyl 2019 08:46:00 199 0

Çin kvant rabitəsi üçün dron hazırlayıb

Çin mütəxəssisləri tərəfindən hazırlanmış dron, hava vasitəsi ilə istənilən hava şəraitində kvant əlaqəsini təmin edə biləcək. Kvant teleportasiyası fantastik film və kitablarda istifadə edilən teleportasiya mənasında deyil.

Son.az deyerler.org-a istinadən bildirir ki, burada söhbət böyük məsafələrə və ya materiklərə, qitələrə ani yerdəyişmədən getmir, söhbət "kvant qarışıqlığı" adı altında istifadə olunan fenomendən gedir.

Kvant kommunikasiyası zamanı, informasiya adi qaydada əlaqə kanalları vasitəsi ilə ötürülür. Bu məlumatların oxunması üçün gizli şifrələr kvant əlaqənin vasitəsi ilə göndərilir. Məlumatları əldə eləməyə cəhd edildikdə, onlar dərhal dəyişilərək yararsız olur. Bu yolla onların təhlükəsizliyi təmin edilmiş olur. Ekspertlərin sözlərinə görə, belə məlumatların dinlənməsi mümkünsüzdür.

Bu növ kvant əlaqələr sınaqları, artıq bir sıra ölkələrdə keçirilməkdədir. Rusiya iki ilə yaxındır ki, kvant telefon sisteminin hazırlanması üzərində işlər aparır. Eyni zamanda Çin də bu istiqamətdə aktiv işlər aparmaqdadır. Belə ki, 2017-ci ildə Çin mütəxəssisləri, kvant teleportasiyasının köməkliyi ilə Avstraliyadan olan əməkdaşları ilə qitələr arası mühafizə olunan konfrans əlaqəsi həyata keçirmişdir. Belə bir əlaqənin qurulması üçün orbitə "Mo Tsi" peyki buraxılmışdır.