Özü də bilmədən İtaliyada “Alfonso”ya çevrilmiş soydaşımız


Digərləri 08 İyl 2019 19:40:00 185 0

Özü də bilmədən İtaliyada “Alfonso”ya çevrilmiş soydaşımız

2019-cu ildə saxta profillərin yaradılmasında şəkillərindən ən çox istifadə olunan şəxs həmyerlimiz Rəvan Bəşirovdur.

Sosial şəbəkələrdən aktiv şəkildə istifadə edən soydaşımız Ruslan Bəşirov, əslində, özü bildiyindən qat-qat məşhur sima olduğunun fərqinə çox gec varıb.

Son.az bizimyolinfo-ya istinadən xəbər verir ki,ona gələn şikayət dolu mesajlardan əvvəl heç nə anlamayan Ruslan Bəşirov sonra hiss edib ki, kimlərsə onun şəkillərindən istifadə edərək saxta profillər açaraq əcnəbi qadınlara sevgi mesajları göndərir. Zaman keçdikcə iş çox ciddi hal almağa başlayıb. "Qurbanlarının", əsasən, italyan xanımlar olduğunu bildirən Ruslan Bəşirov özü də bilmədən şəkillərindən istifadə edərək 50-60 yaş qrupundakı qadınlara sevgi mesajları yazan və sonra onları tələyə salaraq pul əldə edən cinayətkar şəbəkənin simasına çevrilib. Tələyə düşən qadınların sayı minlərlə, Ruslan Bəşirovun şəklindən istifadə etməklə yaradılan saxta profillərin sayı yüzlərlədir. Rubata,Gueno Sandro,Filipp Evans. Bunlar onun şəklləri altına yazılmış saxta adalrın cüzi hissəsidir.Aldadılan qadınlardan isə bəziləri 500 yevro, bəziləri 40000 avro zərərə düşüblər.

Məsələyə açıqlama gətirmək üçün həmyerlimiz hətta İtaliyaya gedərək RAİ telekanalının qonağı olub və "sevib, atdığı" qadınlarla eyni studiyanı bölüşüb. Proqrama qoşulan qadınların bir çoxları ona görə ailəsinin dağıldığını, çoxlu pul xərclədiklərini bildiriblər. Məsələ bundadır ki, frıldaqçılar hətta Rəvanın özünə yazaraq, onun şəkillərindən istifadə edərək çoxlu pullar qazandıqlarını bildiriblər. Rəvan Bəşirov məsələnin hüquqi yolla həllinə çalışır.

Mütəxəssislərin fikrinə görə isə, sosial şəbəkələrdə saxta profillərlə mübarizə aparmaq üçün tədbirlər görülsə, də bu yetərli deyil və bu kimi hallarla hər kəs üzləşə bilər. Gələn hər mesaja cavab vermək olmaz. Şübhəli görünən mesajlar kompüterə virus salmaqla yanaşı şəxsi məlumatları qarşı tərəfə ötürə, bank hesablarını ələ keçirə bilər.