Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva “Yanardağ” Qoruğunda yoqa və poeziya axşamında iştirak edib FOTO


Digərləri 08 İyl 2019 18:02:00 214 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva “Yanardağ” Qoruğunda yoqa və poeziya axşamında iştirak edib  FOTO

İyulun 7-də "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda "SÖZ" adlı ədəbi layihə çərçivəsində yoqa və poeziya axşamı təşkil edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Layihənin növbəti mövzusu söz, vücud və insan ruhu arasında xüsusi bir əlaqənin olduğunun nümayişinə həsr edilib.

Layihənin rəhbəri şairə Nigar Həsənzadə iştirakçılara təşəkkürünü bildirərək çıxışçıları təqdim edib.

Məlumat verilib ki, tədbirin yeddinci ayın yeddinci günündə təşkil olunması təsadüfi deyil. Bu, "7" rəqəminin mistik məna daşıdığını ehtiva edir. Bu axşam poeziya ilə yoqa vəhdət təşkil edəcək.

Yoqa hərəkətləri ilə iştirakçılar bu aləmə daxil olaraq meditasiyaya başlayıb, xüsusi hərəkətlərlə bədənin rahatlıq tapması üçün təbiətlə ünsiyyətə giriblər. Daxili tarazlıq və sabitlik bu ünsiyyəti mümkün edib.

Amsterdamda yaşayan həmyerlimiz Mira yoqa sessiyasını davam etdirərək qədim hind rəqsini nümayiş etdirib.