Daşkəsəndə faciə: evdən kişi ilə qadının meyiti tapıldı


Digərləri 08 İyl 2019 17:54:00 184 0

Daşkəsəndə faciə: evdən kişi ilə qadının meyiti tapıldı

Daşkəsəndə evdə 2 meyit aşkarlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun İsmət Qayıbov küçəsində kirayədə yaşayan, Şəmkir rayon Təzəkənd kənd sakini 1977-ci il təvəllüdlü Ələsgərova Ayşən Nurəddin qızı və Şəmkir rayon Çaparlı kənd sakini, 1987-ci il təvəllüdlü Cəfərov Orxan Nəriman oğlunun meyitləri tapılıb.

Məlumata görə, meyitlərdən biri hamam otağında, o biri isə yataq otağında olub.

Ölümün dəqiq səbəbləri məlum olmasa da, onların dəm qazından boğulması ehtimal edilir.

Faktla bağlı hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.