Bakıda Ucar sakinini öldürən 3 nəfər saxlanıldı


Digərləri 08 İyl 2019 17:10:00 178 0

Bakıda Ucar sakinini öldürən 3 nəfər saxlanıldı

Polis və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü açılıb.

Bakı. Samir Əli - Polis və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü açılıb. Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, cari il iyunun 24-də rayonun Q.Qarayev prospektində yerləşən binalardan birinin qarşısındakı yaşıllıq sahəsində dülgərlik fəaliyyəti ilə məşğul olan Ucar rayon sakini Samir Hüseynovun odlu silahdan açılmış atəşlə öldürülməsinə xarakterik xəsarətlər olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır. Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs - paytaxt sakini Əli Abdullayev, Biləsuvar rayon sakini İlqar Əliyev və Lənkəran rayon sakini Ülvi Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan onlar tutularaq istintaqa cəlb edilmişlər. İstintaq hərəkətləri zamanı saxlanılanlar etirafedici ifadələr vermiş və qətl hadisəsində istifadə etdikləri “Glock” markalı tapançanın gizlədildiyi yeri göstərmişlər. Qeyd olunan silah götürülərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmişdir.