Türkanda velosipedçi yol qəzasının qurbanı oldu


Digərləri 08 İyl 2019 14:52:00 222 0

Türkanda velosipedçi yol qəzasının qurbanı oldu

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 7-də saat 21 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Cəniyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən paytaxt sakini Kamran Əliyevi vurub. Nəticədə velosipedçi hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.