Azərbaycanda Şəki halvasının istehsalı artırılacaq
Digərləri 08 İyl 2019 13:13:00 154 0
Şəki halvası, şirntiyyat və un məmulatlarının istehsalı ilə məşğul olan “Halvaçı Yəhya” şirkəti istehsal həcmini artırmağı planlaşdırır
Bakı. Mətanət Nəsibova -
Şəki halvası, şirniyyat və un məmulatlarının istehsalı ilə məşğul olan “Halvaçı Yəhya” şirkəti istehsal həcmini artırmağı planlaşdırır.
Bunu Trend-ə müəssisənin direktoru Ramin Səmədov deyib.
Onun sözlərinə görə, müəssisədə gündəlik olaraq 150-160 kiloqram Şəki halvası istehsal olunur:
“Bu məhsul istehsalının əsasını təşkil edir və tamamilə daxili bazarda satılır. Müəssisənin gündəlik istehsal həcmi 250 kiloqram təşkil edir. İstehsal gücünü iki dəfə artırmaq mümkündür, biz sutkada 500 kiloqram məhsul istehsal edə bilərik”.
Mənbə: az.trend.az