Mingəçevirdə mal-qara oğrusu saxlanılıb


Digərləri 08 İyl 2019 10:37:00 202 0

Mingəçevirdə mal-qara oğrusu saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən bir neçə şəhər sakini onlara məxsus iribuynuzlu mal-qaranın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.

Bakı. İyulun 7-də Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ) ərizə ilə müraciət edən bir neçə şəhər sakini onlara məxsus iribuynuzlu mal-qaranın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 23 yaşlı Vüqar Mustafayev saxlanılıb. Məsələ ətrafında aparılan araşdırmalarla onun ötən ayın 28-dən iyulun 5-dək olan müddətdə ayrı-ayrı şəxslərə məxsus 3 baş iribuynuzlu mal-qaranı oğurladığı aşkar olunub.