Bakıda gül mağazası yanır (FOTO)


Digərləri 08 İyl 2019 08:40:00 225 0

Bakıda gül mağazası yanır (FOTO)

Bir qədər əvvəl Qara Qarayev prospekti “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib

Bakı. Samir Əli - Bir qədər əvvəl Qara Qarayev prospekti “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Trend-ə verdiyi məlumata görə, bununla əlaqədar əraziyə yanğınsöndürmə və digər operativ nəqliyyat vasitələri əraziyə cəlb edilib. Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var. Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətini tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə müvafiq tədbirlər görür. FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nizami rayonunda tikilidə yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.