Bakıda yük maşını “Bakubus”un avtobusuna çırpılıb


Digərləri 08 İyl 2019 00:03:59 329 0

Bakıda yük maşını “Bakubus”un avtobusuna çırpılıb

Bakıda yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Trend-ə verdiyi məlumata görə, hadisə iyunun 7-si gecə saat 23 radələrində Hövsan yolunda baş verib. Məlumata görə, Ford markalı yük avtomobili idarəetməni itirməsi nəticəsində 175 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən BakuBus MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb. Nəticədə yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb.