Qardaşının 40 yaşlı xanımını qətlə yetirən şəxs intihar edib


Digərləri 07 İyl 2019 23:56:00 269 0

Qardaşının 40 yaşlı xanımını qətlə yetirən şəxs intihar edib

Abşeron rayonunda qardaşının həyat yoldaşını öldürən şəxs intihar edib.

Son.az APA-ya istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Allahverdiyev Fərhad Mürsəl oğlu 1979-cu il təvəllüdlü Aygünəş Kazımovanı qətlə yetirdikdən sonra elə həmin bıçaqla özünə də ağır xəsarətlər yetirib. Xəstəxanaya aparılan F.Allahverdiyev orada dünyasını dəyişib.

Faktın təfərrüatlarını Abşeron rayon Prokurorluğu araşdırır.

Hadisə Qaqarin küçəsi, bina 1 ünvanında baş verib.