Xarici vətəndaşlar İran birjasında neft ala bilərlər


Digərləri 07 İyl 2019 23:02:50 203 0

Xarici vətəndaşlar İran birjasında neft ala bilərlər

İranın Birja və Qiymətli Kağızlar Təşkilatının əməkdaşlığı ilə İran neftini satın almaq üçün xarici vətəndaşların enerji birjasında iştirakına şərait yaradılıb

Bakı. Elnur Bağışov - İranın Birja və Qiymətli Kağızlar Təşkilatının əməkdaşlığı ilə İran neftini satın almaq üçün xarici vətəndaşların enerji birjasında iştirakına şərait yaradılıb. Trend-in məlumatına görə, bunu İranın Milli Neft Şirkətinin Enerji Birjasındakı nümayəndəsi Əmir Hüseyn Tibyanian İRİB-ə açıqlamasında deyib. Ə.Tibyanianın sözlərinə görə, xarici ölkələrin fiziki vətəndaşları İranın enerji birjasında xam neftin alqı-satqısında iştirak etməyə maraqlı olduqlarını bildirmişdilər. Bundan öncə xarici ölkələrin hüquqi şəxslərinin İranın enerji birjasında iştirakına şərait yaradıldığını deyən şirkət rəsmisi bildirib ki, bundan sonra İranla ikitərəfli əlaqələri olan bütün ölkələrin fiziki vətəndaşları da enerji birjasında neft alqı-satqılarında müştəri kimi iştirak edə bilərlər. “Bütün proseslər, o cümlədən yerli müştərilər üçün nəzərdə tutulan müştərilərin adının gizli qalması, xarici ölkə vətəndaşları üçün də nəzərdə tutulacaq” –deyə o qeyd edib.