Audi TT adını elektrik varisinə saxlayacaq


Digərləri 07 İyl 2019 22:40:00 170 0

Audi TT adını elektrik varisinə saxlayacaq

Alman brendi "Audi", rodsterlər və "Audi TT" kupelərini 1998-ci ildən istehsal edir. Son zamanlar isə tez-tez avtomobilin bundan sonrakı istehsalından imtina barədə bəyanatlar səslənir.

Son.az ted.az-a istinadən bildirir ki, istehsalçı, milyonlarla əfsanəvi model pərəstişkarlarını TT seriyasını bundan sonra da izləmək imkanından məhrum etmək niyyətində deyil. Şirkət rəhbərliyinin, TT-nin varisi olacaq elektrik idman modelini oxşar bir adla adlandıracağı barədə ətraflı məlumatlar yayılıb.

Lakin avtomobillər arasında oxşar heç nə yoxdur, belə ki,  idman avtomobili üçün ən yeni platforma və sələfinə xas olmayan unikal dizayn nəzərdə tutulacaq. Bununla yanaşı, istehsalçı 2020-ci ilə qədər yeni elektrik sportkarını nümayiş etdirmək niyyətindədir.