1 tondan çox narkotik aşkarlandı –


Dünya 07 İyl 2019 22:16:00 305 0

1 tondan çox narkotik aşkarlandı –

İranın İsfahan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində 1 tondan çox narkotik maddə aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın İsfahan hüquq-mühafizə orqanının rəisi Mehdi Məsumbeygi deyib.

M.Məsumbeyginin sözlərinə görə, əməliyyat nəticəsində 1 ton tiryək, 10 kq heroin, 2 kq həşiş, 3 kq ekstazi aşkarlanıb.

Məsumbeygi əlavə edib ki, 5 peşəkar narkotik qaçaqmalçısı və 4 ədəd avtomobil saxlanıb.