Jeep Wrangler sahibləri istehsalçıya qarşı kollektiv iddia qaldırıblar FOTO


Digərləri 07 İyl 2019 22:01:00 251 0

Jeep Wrangler sahibləri istehsalçıya qarşı kollektiv iddia qaldırıblar  FOTO

Yeni nəsil Jeep Wrangler modelinin sahibləri aldıqları avtomobildən həzz almağa imkan tapmamış "ölümcül vobbliq" (vobblinq - böyük sürətlərdə avtomobilin idarəetmə sistemində yaranan və səthlə təmasın itirilməsinə və ya konstruksiyanın dağılmasına səbəb olan titrəyişlərə deyilir) adlandırılan defektlə üzləşiblər.

Son.az autograph.az-a istinadən bildirir ki, 12 iyun tarixində ofrouderin sahibləri tərəfindən Detroytun şərqi Miçiqan dairə məhkəməsində FCA (Fiat Chrysler Automobiles) konserninə qarşı kollektiv iddia qaldırılıb. Avtomobil sahibləri istehsalçının ön oxdakı problemlər barədə bildiyi, lakin onların həll edilməsi üçün heç bir iş görmədiyi, hətta defekt barədə müştəriləri belə xəbərdar etmədiyi ilə ittiham edirlər.

Öz növbəsində, Jeep şirkətindən belə bir iddia ilə üzləşmədikllərini və bu səbəbdən də ittihamları şərh edə bilməyəcəklərini söyləyiblər. Şirkət nümayəndələri qeyri-orijinal detallardan istifadə etməklə avtomobilin təkmilləşdirilməsinin, sükan mexanizminin yeyilmiş və ya zədələnmiş komponentlərinin, həmçinin şinlərdəki səhv təzyiqin nasazlığa səbəb olduğunu söyləyiblər.

Qeyd etmək lazımdır ki, Jeep Wrangler sahibləri əvvəllər də yüksək sürətlə hərəkət zamanı, yol səthindəki  kələ-kötürlərdən keçdikdən sonra sükan çarxında əmələ gələn titrəyişlərdən şikayət ediblər. Problem yalnız avtomobil yavaşladıqdan sonra aradan qalxırmış. İndi isə, "The Detroit News" vəziyyəti sükanın sağa-sola dartıldığı kimi təsvir edir. Bu hallara 2015-2018-ci ilin istehsalı olan Jeep Wrangler avtomobillərində rast gəlinib.


Xəbərə aid fotolar