İzmirdə meşələr yanır


Dünya 07 İyl 2019 21:14:00 224 0

İzmirdə meşələr yanır

Türkiyənin İzmir əyalətində Seferihisar rayonunda meşə yanğıları qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, yanğının söndürülməsi üçün yanğınsöndürənlər göndərilib.Hadisə yerinə 11 helikopter, 10 buldozer və 54 sulayan maşın cəlb edilib.

Yanğın yerli vaxtla saat 16:00-da baş verib. Yanğının səbəbi barədə məlumat verilməyib.