İndoneziya sahillərində güclü zəlzələ olub


Dünya 07 İyl 2019 20:37:00 210 0

İndoneziya sahillərində güclü zəlzələ olub

İndoneziya sahillərində 7 bal gücündə zəlzələ olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli meteorologiya, klimatologiya və geofizika idarəsi bildirib.

Bildirilib ki, zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib.

ABŞ-ın Geoloji xidməti qeyd edib ki, zəlzələnin maqnitudası 6,9 olub.

Zəlzələ "UTC" vaxtı ilə 15:08-də baş verib. Yeraltı təkanların episentri Ternate şəhərindən 129 kilometr cənub-qərbdə yerləşib.