Dünya İrs Komitəsinin sessiyasında son iki nominasiyaya baxılıb


Digərləri 07 İyl 2019 19:52:00 212 0

Dünya İrs Komitəsinin sessiyasında son iki nominasiyaya baxılıb

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 7 iyulda keçirilən plenar iclasında UNESKO-nun Ümumdünya İrs Siyahısına təqdim edilən son iki nominasiyaya baxılıb

Bakı. Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 7 iyulda keçirilən plenar iclasında UNESKO-nun Ümumdünya İrs Siyahısına təqdim edilən son iki nominasiyaya baxılıb. Trend-in məlumatına görə, Yamaykanın su altında qalmış Port Royal şəhəri ilə bağlı nominasiyası təkrar müzakirə olundu. 17-ci əsrdə salınmış şəhərin bir neçə il öncə təbii fəlakət nəticəsində su altında qalmış hissəsinin Ümumdünya İrs Siyahısına salınması təklif olunub. ICOMOS-un bu barədə hesabatda qeyd edildi ki, Port Royal şəhərinin həm su altında qalan, həm də torpaq üzərində qalan hissələri birləşdirilərək bir nominasiya kimi qarşıdakı sessiyalarda baxılmaq təqdim edilsin. Müzakirələr zamanı çıxış edən Karib dənizi hövzəsi ölkələrinin nümayəndələri nominasiyanın təxirə salınması ilə bağlı fikirlərini bildirdilər. Yamayka heyəti ICOMOS-un mövqeyi ilə razılaşdığı üçün nominasiya təxirə salındı. Sonuncu məsələ Panamanın tarixi rayonu – Amerika qitəsində Sakit okean sahilində Avropa tipli ilk şəhər olan Panama Vyexo şəhərin xarabalıqları ilə bağı nominasiyası idi. ICOMOS üzv dövlətin bu nominasiyanı hərtərəfli əsaslandırıb növbəti sessiyaların gündəliyinə salınmasını tövsiyə etdi. Geniş müzakirə yaranmadığı üçün qərar layihəsi qəbul edildi. İclasın sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Panama nümayəndə heyətinə uğurlar arzuladı.