Jaguar XE SV Project 8 modelinin Touring versiyasını hazırlayıb FOTO


Digərləri 07 İyl 2019 19:30:00 235 0

Jaguar XE SV Project 8 modelinin Touring versiyasını hazırlayıb  FOTO

Jaguar şirkəti ekstremal XE SV Project 8 sedanının Touring adlı yeni versiyasını təqdim edib. Cəmi 15 ədəd belə sedan buraxılacaqdır. Yeni sedanlar daha təmkinli dekoru və dördyerli salonu ilə seçilir. Adi Jaguar XE SV Project 8 sedanını arxa oturacaq cərgəsi olmayan trek modifikasiyasında sifariş etmək olar.

Son.az autograph.az-a istinadən bildirir ki, Jaguar XE SV Project 8 Touring modeli aqressiv olmayan ön splitteri və kiçik arxa spoyleri ilə seçilir. Kuzovun boyanması üçün yaşıl British Racing Green və boz Corris Grey Satin çaları daxil olmaqla dörd firma rəngi təklif edilir.

Jaguar XE SV Project 8 "qaynar" sedanı Nürburqrinqin ümumi yollar üçün nəzərdə tutulan ən yeyin sedanı olub. 300 nüsxədə buraxılan sedan yarış trekindəki dövrəni 7 dəqiqə 21,23 saniyəyə başa vurub.

Ən güclü Jaguar beş litrlik kompressorlu səkkiz silindrli mühərriklə hərəkətə gəlir. Güc aqreqatı 600 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir. Mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu, həmçinin aktiv differensialı və elektron idarəetməsi olan tam çəkiş sistemi ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə sedan 3.3 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 320 km/saatdır.


Xəbərə aid fotolar