Ərindən qaçmış şahzadə Həya kimdir? FOTO


Dünya 07 İyl 2019 17:30:00 257 0

Ərindən qaçmış şahzadə Həya kimdir?  FOTO

Dubay əmiri, şeyx Məhəmməd əl-Məktumun arvadı şahzadə Həya Bint əl-Hüseyn ərini tərk edib - BƏƏ kral ailəsinin yüksəksəviyyəli üzvü üçün bu addım olduqca qeyri-adi bir hərəkətdir.

Şahzadə deyilənə görə, hazırda Londonun mərkəzində yerləşən bir evdə gizlənir.

Son.az xəbər verir ki, mənbələrin BBC-yə bldirdiyinə görə, o, əriylə bağlı məhkəməyə hazırlaşır və həyatı üçün qorxu hissi keçirir.

Gənclik illəri

Şahzadə Həya 1974 ilin may ayında doğulub. O, İordaniya kralı Hüseynin və kraliça Aliyə əl-Hüseyinin qızıdır.

Onun üç yaşı olanda anası ölkənin cənubunda baş vermiş vertolyot qəzasında həlak olub.

İordaniyanın hazırkı rəhbəri kral Abdullah II onun atabir qardaşıdır.

Şahzadə uşaqlıqda xeyli vaxtını Britaniyada keçirib.

O, iki özəl məktəbdə təhsil alıb - Bristolda Badminton məktəbində və Dorsetdə Brayanston məktəbində.

Sonra isə Oksford Universitetində Siyasət, Fəlsəfə və İqtisadiyyatı öyrənib.

Əvvəlki müsahibələrində bldirdiyinə görə, onun qırğı ilə ova çıxmağa, atıcılığa, ağır texnikaya həvəsi var və İordaniyada yük maşınlarını sürməyə lisenziyası olan yeganə qadındır.

O, gənc yaşlarından atçılıqla məşğul olub, idmana maraq göstərib, 20 yaşlarında peşəkar atçılıq idmanı ustası olub.

2000-ci ilin Sidneydə keçirilən Olimpiya Oyunlarında şahzadə Həya İordaniyanı təmsil edib və ölkəsinin Olimpiya nümayəndə heyətinin bayraqdarı olub.

Şahzadə Həyanın 1993-cü ildə çəkilmiş bu şəkildə 19 yaşı var, o vaxtdan bəri şahzadə peşəkar atçılıq ustasıdır

"Bəxtim gətirib ki, ona yaxınam"

2004-cü il aprelin 10-da 30 yaşlı şahzadə Həya BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay əmiri şeyx Məhəmmədə ərə gedir.

Həmin zaman onun 53 yaşı olub və şahzadə Həya onun altıncı və "kiçik" arvadı olub.

Xəbərlərə görə, onun müxtəlif arvadlardan 23 övladı var.