Göyçayda taxıl sahələri yanır FOTO


Digərləri 07 İyl 2019 16:29:00 219 0

Göyçayda taxıl sahələri yanır  FOTO

Göyçayda otlaq və biçilmiş taxıl sahələri yanır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, günorta saatlarında Göyçayda biçilmiş və otlaq sahələrinə od düşüb. Alov hazırda rayonun Bığır, Qarayazı və Alxasava kənd ərazisində davam edir. Yanğının söndürülməsi üçün əraziyə FHN-nın Göyçay, Ucar, Ağsu və Ismayıllı Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırkı hava şəraiti küləkli olduğu üçün yanğının söndürülməsində çətinliklər var. Əsas təhlükə Mingəçevirdən Bakıya gedən magistral elektirik xətləri  üçün olduğundan, yanğının söndürülməsi üçün işlər sözügedən xətlərin yaxınlığında aparılır.


Xəbərə aid fotolar