"Gənc Liderlərin" yay məktəblərinə start verilib


Digərləri 07 İyl 2019 16:25:57 189 0

"Gənc Liderlərin" yay məktəblərinə start verilib

Bu gün Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Gənc Liderlərin" yay məktəblərinə start verilib

Bakı. Elçin Mehdiyev – Bu gün Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Gənc Liderlərin" yay məktəblərinə start verilib. Trend-in məlumatına görə, layihədə Respublika üzrə YAP rayon (şəhər) təşkilatlarının fəal gəncləri iştirak edir. YAY məktəbləri Oğuz və Lerik rayonlarının tanınmış istirahət mərkəzlərində davam edəcək. Gəncləri YAP İcra-katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov qəbul edib, öz tövsiyyələrini verib, iştirakçılara uğurlar arzu edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin