ABŞla Türkiyənin “arasını vuran” raketlər bu gün təyyarələrə yüklənir


Dünya 07 İyl 2019 11:13:00 225 0

ABŞla Türkiyənin “arasını vuran” raketlər bu gün təyyarələrə yüklənir

Bu gün Rusiya S-400 "Triumf" zenit-raket komplekslərinin birinci partiyasını Türkiyəyə çatdırılması prosesinə başlayacaq.

Son.az bildirir ki, virtualaz.org xəbər verir ki, "Habertürk" telekanalı anonim mənbələrə istinadən bu haqda bildirir.

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri sifariş verməsi ABŞ-la münasibətlərin kəskin pisləşməsinə səbəb olub. Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq etməklə hədələyir və F-35 qırıcılarını Türkiyəyə verməyəcəyini bildirir.

Bildirilir ki, S-400 komplekslərini birinci partiyası  bu gün iyulun 7-də bazar günü Rusiya hərbi bazalarından birində iki hərbi-nəqliyyat təyyarəsinə yüklənəcək. Komplekslərin ertəsi gün Türkiyəyə yola salınacağı gözlənilir. Habelə sabah iyulun 8-də 9 rusiyalı hərbi mühəndisdən ibarət heyət komplekslərin quraşdırılması üçün Türkiyəyə göndəriləcək. Birinci partiyada bir batareya S-400 kompleksinin göndərilməsi nəzərdə tutulur. Türkiyə cəmi 4 batareya belə kompleks sifariş verib.

Ötən həftənin cümə günü Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın jurnalistlərə təsdiq edib ki, S-400 komplekslərinin birinci partiyası "çox tezliklə, yaxın günlərdə" çatdırılacaq. O, komplekslərin Türkiyənin hava sahəsinin qorunmasında fəal istifadə ediləcəyini də deyib.

Bununla belə prezidentin mətbuat katibi əlavə edib ki, hakimiyyət hələ də S-400 komplekslərinin harada yerləşdirilməsi variantlarını müzakirə edir. Onun sözlərinə görə, əvvəllər də Vaşinqtonla münasibətləri kəskinləşdirməmək üçün komplekslərin müvəqqəti olaraq Qətərdə və ya Azərbayanda yerləşdirilməsi variantı müzakirə edilmişdi.