Yunanıstanda parlament seçkilərində seçki məntəqələri açılıb


Digərləri 07 İyl 2019 09:11:00 213 0

Yunanıstanda parlament seçkilərində seçki məntəqələri açılıb

Yunanıstanda vaxtından əvvəl parlament seçkilərində seçki məntəqələri yerli vaxtla saat 07: 00-da açılıb

Bakı. Yunanıstanda vaxtından əvvəl parlament seçkilərində seçki məntəqələri yerli vaxtla saat 07: 00-da açılıb. Trend-in məlumatına görə, onlar saat 19: 00-a qədər işləyəcəklər, bundan sonra ilk ekzitpolların elan edilməsi gözlənilir. Səsvermədə 17 yaşına çatmış və seçki hüququ olan bütün vətəndaşlar iştirak edə bilərlər. Qanuna görə səsvermədə iştirak etmək məcburidir, baxmayaraq ki, sandıqa gəlməyənlər üçün sanksiyalar tətbiq edilmir.