İran və Fransa prezidentləri arasında telefon danışığı olub


Digərləri 07 İyl 2019 04:02:00 197 0

İran və Fransa prezidentləri arasında telefon danışığı olub

İran prezidenti Həsən Ruhani ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub

Bakı. İran prezidenti Həsən Ruhani ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub. Trend-in xəbərinə görə, bu barədə Elisey Sarayı məlumat yayıb. Bəyanatda bildirilir: "Respublikanın prezidenti iyul ayının 15-dək iranlı həmkarı ilə nüvə razılaşmasının bütün tərəfləri ilə dialoqun bərpası şərtlərinin öyrənilməsi barədə razılıq əldə edib".