Qaçaq ki, sağlam olaq


Digərləri 06 İyl 2019 23:35:00 237 0

Qaçaq ki, sağlam olaq

İnsan sağlamlığı, eyni zamanda onun normal yaşamını şərtləndirən mühüm amillərdəndir. Əlbəttə, həyatın axarı bizləri yaşlanmağa və fiziki gücümüzün azalmasına gətirib çıxarır. Xüsusən əgər biz gündəlik həyatımızda oturaq işlərlə məşğul oluruqsa, bu hal bizim müəyyən müddətdən sonra gücümüzü azaldır. Bunun üçün çalışmaq lazımdır ki, fiziki hərəkətlərə, məsələn qaçmaq kimi yüngül idman növünə diqqət ayrılsın. Fiziki hərəkətin müntəzəmliyi, eyni zamanda beyinin inkişafına da təsir edir.

Son.az deyerler.org-a istinadən bildirir ki, araşdırmalar nəticəsində mütəxəssislər müəyyən etmişlər ki, nizamlı qaçış bədənə xeyirli olduğu qədər, yaddaşı da gücləndirir. Belə ki, qaçış məşqi beyində yaddaşa dəstək verən bölgədə yeni hüceyrələrin çoxalmasını təmin edir. Qaçmağın bundan başqa da bir çox faydaları vardır. Qaçış qan təzyiqini nizamlayır, bağırsaqların fəaliyyətini nizamlayır, həzmi asanlaşdırır, beynə gedən oksigen miqdarını artırır, maddələr mübadiləsini artırır, xolesterini nizamlayır, oynaq və əzələlərin elastikliyini artırır, bel və boyun ağrılarını azaldır, sümükləri möhkəmləndirir, yorğunluq hissinin qarşısını alır, müqaviməti artırır, yuxusuzluğu aradan qaldırır, qan yağlarının (triqlisederlərin) miqdarını aşağı salır, ağciyərlərin fəaliyyətini artırır, stresi aradan qaldırır, hüceyrələrin çoxalmasına kömək edir və s.

Bütün bunlarla yanaşı, idman mütəxəssisləri qaçış zamanı bir sıra məsələlərə riayət etməyi tövsiyə edirlər. Belə ki, qaçış zamanı yaxşı olar ki, bunlara riayət olunsun: daha çox səhər və axşam saatlarında qaçılsın, qaçış üçün sakit və səssiz yerlərə üstünlük verilsin, iki gün fasilə ilə həftədə 3 dəfə qaçmaq, çox isti və ya çox soyuq havalarda qaçmaq uğurlu deyil, yaşa uyğun sürət seçilməlidir, rütubətli havalarda qaçmamaq tövsiyə olunur, yeməkdən ən az iki saat sonra qaçılmalıdır, qaçış üçün pambıq paltarlara üstünlük vermək çox yaxşıdır. Qaçan zaman aşağı sürtələ başlayıb tədricən sürəti qaldırmaq məsləhətdir. Lakin qaçış sona çatdırdıqdan sonra hərəkətsiz qalmaq olmaz. Qaçışdan sonra 5-6 dəqiqə yerimək lazımdır. Əks təqdirdə ayaqlarda qanın yığılmasına səbəb ola bilər.