Hamilə qadınlar çimərliyə gedə bilərmi?


Digərləri 06 İyl 2019 22:40:00 234 0

Hamilə qadınlar çimərliyə gedə bilərmi?

Üzmə zamanı qol, ayaq və qarın nahiyəsində olan bütün əzələlər işlədiyi üçün hamilə qadında ürək vurğusu və alınan oksigenin miqdarı artır. Bunun sayəsində dölə gedən oksigenin miqdarında da artma olur.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu cərrah-mama-ginekoloq Yeganə Əliyeva bildirib.

Həkim deyib ki, hamiləliyin ilk üç ayında üzmə ürəkbulanma və qusmanı da azalda bilir.

Digər aylarda üzmək bağ və vətərləri möhkəmləndirərək, bel və kürək ağrılarını azaldır. İlk üç ayda həftədə 2-3 dəfə və gün ərzində 20 dəqiqə üzmək kifayətdir. Sonra isə müddəti 30 dəqiqəyə qədər artırmaq olar.