Dünya öpüş günüdür –


Digərləri 06 İyl 2019 22:29:00 379 0

Dünya öpüş günüdür –

Bu gün Ümumdünya öpüş günüdür.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki,  bu bayram Britaniya adalarında milli öpüş günü kimi yaransa da, daha sonra ümumdünya statusu qazanıb.

Bununla bağlı dünya elmində filematologiya adlı yeni təlim də yaranıb. Bu təlim insan öpüşünün fizioloji, psixoloji və digər xüsusiyyətlərini öyrənir. Alimlər müəyyən edib ki, iki sevgilinin öpüşməsi təkcə emosional hiss yaratmır, həm də bir sıra hormonların fəaliyyətini gücləndirir.

Tədqiqatçılar iddia edirlər ki, öpüşmə arıqlamağa da kömək edir. Onların hesablamalarına görə, 2 dəqiqəlik ehtiraslı öpüş zamanı 2 kalori yanır. Öpüş qırışların profilaktikası üçün də əla vasitədir: o, üzün 30-a yaxın əzələsini hərəkətə gətirir. Bundan başqa, öpüş ağciyərlərin işini yaxşılaşdırır, kariesin profilaktikası hesab edilir.

Müxtəlif yaş qruplarına aid olan 100-dən çox cütlük üzərində aparılan müşahidələr göstərib ki, ideal öpüşün müddəti 3 dəqiqədir.