ABT atelyesi dizel mühərrikli Amarok üçün tüninq proqramını təqdim edib FOTO


Digərləri 06 İyl 2019 22:01:00 245 0

ABT atelyesi dizel mühərrikli Amarok üçün tüninq proqramını təqdim edib  FOTO

ABT Sportsline atelyesi Volkswagen Amarok pikapı üçün nəzərdə tutulan tüninq proqramını təqdim edib. Alman atelyesinin işi ilə yaxından tanış olanlar, artıq söhbətin nədən gedəcəyini bilirlər.

Son.az autograph.az-a istinadən bildirir ki, kemptenli mütəxəssislər ilk növbədə pikapın güc aqreqatını ABT Engine Control dəsti ilə təchiz ediblər. Nəticədə, 3,0-litrlik altı silindrli dizelin gücü 258-dən 306 at qüvvəsinə, fırlanma anı isə 580-dən 630 Nm-ə qədər artırılıb. Bu dəyişiklik pikapın dinamik xarakteristikalarına da müsbət təsir göstərib. Pikap 100 km/saat həddinə adi versiyada olduğundan 0,2 saniyə yeyin sürətlənir. Yəni, 7,8 saniyəyə. Avtomobilin maksimal sürəti də 211 km/saata qədər artırılıb.

Lakin bu, Kemptendə yerləşən atelyenin yeganə təklifi deyil. ABT mütəxəssisləri 224 at qüvvəli mühərrikin gücünü 265 at qüvvəsinə, 180 at qüvvəli versiyanın gücünü isə 200 at qüvvəsinə artırmağı təklif edirlər.


Xəbərə aid fotolar