“Allah saxta baxış vurana lənət eləsin!”


Şou-biznes 06 İyl 2019 21:00:00 256 0

“Allah saxta baxış vurana lənət eləsin!”

Meyxanaçı Aqşin Fateh "Youtube" trendinə görə yeni qalmaqal yaşayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçının mahnılarının trendə ön sıralarda yer alması onun saxta izləyici vasitəsilə bu pilləyə gəlməsi barədə söz-söhbətə rəvac verib.

O, edilən ittihamlara İnstaqramda cavab yazıb:

"Allah saxta baxış vurana lənət eləsin! Bu şərəfsizlər danışmağa söz tapmırlar. Biz alnımızın təriylə və dəyər verən insanların gücü ilə birinciyik. Allah böyükdür. Şər atanların da Allah bəlasını versin!".