Yayda uşaqların immunitetini möhkəmləndirməyin yolu


Digərləri 06 İyl 2019 19:45:00 156 0

Yayda uşaqların immunitetini möhkəmləndirməyin yolu

"Yay fəsli gələn kimi ilk fürsətdə uşaqları kənd mühitinə aparın. Onlara kənd atmosferi həddindən artıq lazımdır".

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.

Həkim deyib ki, uşaqların immun sisteminin möhkəmlənməsində nəinki kənd havasının və qidalarının, hətta tozunun, torpağının da böyük rolu var: "Kəndin havası, heyvanlarla münasibət körpələrdə immun sistemini yüksək şəkildə aktivləşdirir. Bu müddətdə güclənmiş immun sistem payız və qışın xəstəliklərinə qarşı qüvvə toplamış olur. Bunu elmi araşdırmalar da təsdiqləyir".