Mədəniyyət naziri Burkina-Fasonun nümayəndə heyəti ilə görüşüb(FOTO)


Digərləri 06 İyl 2019 18:28:23 184 0

Mədəniyyət naziri Burkina-Fasonun nümayəndə heyəti ilə görüşüb(FOTO)

Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 6-da Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Burkina-Fasonun ali təhsil və elmi araşdırmalar naziri Alkasum Maiganın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Bakı. Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 6-da Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Burkina-Fasonun ali təhsil və elmi araşdırmalar naziri Alkasum Maiganın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Trend-in məlumatına görə, Əbülfəs Qarayev Burkina-Faso nümayəndə heyətinin UNESKO-nun mötəbər tədbirində fəal iştirakına görə qonağa təşəkkürünü bildirib. Nazir həmçinin iyulun 5-də Burkina-Faso təqdim etdiyi nominasiyanın Dünya İrs Siyahısına salınması münasibətilə təbriklərini çatdırıb. İki ölkə arasında münasibətlərin qurulması barədə danışan Əbülfəs Qarayev Azərbaycanda həyata keçirilən mədəniyyət siyasəti, ölkə mədəniyyətinin beynəlxalq arenada təbliği istiqamətində görülən işlərdən söz açıb.