Kanadanın əyalət parkı və ÇexiyaAlmaniya dağmədən regionu ilə bağlı müsbət qərar qəbul edildi


Dünya 06 İyl 2019 17:22:00 327 0

Kanadanın əyalət parkı və ÇexiyaAlmaniya dağmədən regionu ilə bağlı müsbət qərar qəbul edildi

İyulun 6-da Ümumdünya İrs Komitəsi sessiyasında Dünya İrs Siyahısına daha iki nominasiya daxil edilib.

Mədəniyyət Nazirliyindən Son.az-ə verilən məlumata görə, Kanadanın təqdim etdiyi "Daşlar üzərində yazı" əyalət parkı ilə bağlı nominasiyasının müzakirələri zamanı bu ərazidə aborigen əhalinin adət-ənənələrinin qorunması ilə bağlı fikirlər səslənib. Komitə üzvlərindən Çin, Tunis, Avstriya, Avstraliya bu nominasiyanı dəstəklədi və onun ərazidə qaradərili sakinlərin linqvistik hüquqlarının qorunmasına xidmət etdiyi vurğulanıb.

Müzakirələrdən sonra fayl qəbul edilib. Ərazinin qaradərili icmasının nümayəndəsi nominasiya ilə bağlı əlavə addımların atılacağını diqqətə çatdırıb. O, ərazinin qədim mədəni irsini gələcək nəsillərə çatdırılması üçün atılan bu addıma görə Ümumcünya İrs Komitəsinə minnətdarlığını bildirib.

Növbəti müzakirə Çexiya və Almaniyanın birgə təqdimatı -"Ergebirge / Krusnohori dağ-mədən regionu" nominasiyası üzrə aparılıb.

Bildirildi ki, 2004-cü ildə bu nominasiya müzakirəyə çıxarılsa da, sonradan geri götürülmüşdü. Hər iki ölkənin ərazisini əhatə edən bu mədənlə bağlı geniş iş aparılıb. 800 ilə yaxın tarixi olan bu mədəndə ötən dövr ərzində böyük dəyişikliklər olub. 22 bölmədən ibarət bu nominasiyada müzakirə olunduqdan sonra müsbət qərar qəbul edilib və ərazi Dünya İrs Siyahısına salınıb.

Hər iki dövlətin nümayəndələri ev sahibliyinə görə Azərbaycana və müsbət qiymətləndirməyə görə komitəyə minnətdarlıq ediblər.

Bundan əvvəl isə Ümumdünya İrs Komitəsi 43-cü sessiyasının iyulun 6-da keçirilən plenar iclasında gündəliyə uyğun olaraq Koreya Respublikasının "Seovon - Yeni Konfutsi Akademiyası" nominasiyası müzakirəyə çıxarılıb.