Gəncədə keçmiş məhkumdan silah-sursat götürülüb (FOTO)


Digərləri 06 İyl 2019 15:40:00 201 0

Gəncədə keçmiş məhkumdan silah-sursat götürülüb (FOTO)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bakı. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 43 yaşlı Həsən Quliyevin əlindəki torbadan 1 ədəd lüləsi və qundağı kəsilmiş tək lüləli, 16 kolibirli ov tüfəngi və 6 ədəd 16 kolibirli patron aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.