Ronaldinyo məni döyürdü FOTO


Şou-biznes 06 İyl 2019 15:26:00 231 0

Ronaldinyo məni döyürdü  FOTO

"Barselona" və Braziliya millisinin keçmiş ulduz futbolçusu Ronaldinyonun sevgilisi Priskilla Koelho qalmaqallı iddia ilə gündəmə gəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "sambaçı"nın sevgili olduğu zamanlarda onu döydüyünü bildirib. 

Koelho əvvəlcə məhkəməyə müraciət etmək istəmədiyini, lakin məsələnin yoluna qoyulmadığını gördükdən sonra polisə ərizə yazdığını bildirib: "2018-ci ildə Ronaldinyo ilə aramızda mübahisə yaşanırdı. Mübahisələrin birində məni döydü. Həmin vaxt yerə yıxıldım və çox pis vəziyyətə düşdüm. Ancaq o zamanlar məkəməyə müraciət etmək istəmədim. Düşündüm ki, bu problem aramızda həll olunar. Lakin sonradan yanıldığımı anladım və polisə ərizə yazdım".


Xəbərə aid fotolar