Qubada mətbəx festivalı keçiriləcək


Digərləri 06 İyl 2019 14:36:00 222 0

Qubada mətbəx festivalı keçiriləcək

İyulun 27-də Dövlət Turizm Agentliyi, Mədəniyyət Nazirliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba şəhərində “Regional Mətbəx Festivalı” adlı festival keçiriləcək.

Bakı. İyulun 27-də Dövlət Turizm Agentliyi, Mədəniyyət Nazirliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba şəhərində “Regional Mətbəx Festivalı” adlı festival keçiriləcək. Trend-in məlumatına görə, Quba şəhərinin Nizami parkında baş tutacaq 2 günlük festivala təşkilatçılığı Quba Destinasiya Menecmenti Təşkilatı və Xaçmaz Regional Mədəniyyət İdarəsi, tərəfdaşlığı isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi edir. Burada yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları nümayiş olunacaq. Festivalda “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunacaq. İstehsalçılar və turizm sahəsinin peşəkarları öz məhsullarını satış məqsədilə nümayiş edəcəklər.