DİM-də növbəti TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir


Digərləri 06 İyl 2019 10:11:36 190 0

DİM-də növbəti TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunub

Bakı. Elçin Mehdiyev - İmtahanlar bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunub. DİM-dən Trend-ə verilən məlumata görə, TOEFL IBT imtahanı saat 09:30-da başlayıb. "PTE Academic" ingilis dili imtahanı isə saat 10:00-da start götürüb. TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.