Məşhur şirkətin CEOsu 1 dollar maaş alacaq


Digərləri 06 İyl 2019 08:35:00 254 0

Məşhur şirkətin CEOsu 1 dollar maaş alacaq

Kibertəhlükəsizlik şirkəti "Avast"ın yeni baş icraçı direktoru (CEO) Aundri Volcek illik 1 dollar əmək haqqı alacaq.

Son.az chip.az-a istinadən bildirir ki, CEO-ya illik əmək haqqı və bonus olaraq cəmi 1 dollar ödəniş olunacaq. Onun direktorluq üzrə 100 min dollarlıq maaşı isə xeyriyyə məqsədilə xərclənəcək.

Şirkətin açıqlamasına görə sözügedən məbləğ İngiltərə mərkəzli uşaq evinə köçürüləcək. Direktor isə maaş əvəzində illik olaraq kapital qrantları alacaq.

Qeyd edək ki, Çexiya mərkəzli "Avast" şirkəti kompüterlər üçün təhlükəsizlik proqramlarının və antivirus məhsullarının yaradılması və inkişafı ilə məşğul olur, eləcə də, süni intellekt üzərində çalışır.