Beynəlxalq vahidlər sisteminə həsr olunan marka buraxılacaq


Digərləri 06 İyl 2019 08:28:00 223 0

Beynəlxalq vahidlər sisteminə həsr olunan marka buraxılacaq

9 iyul tarixində Beynəlxalq vahidlər sisteminə həsr olunan marka poçt dövriyyəsinə buraxılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, poçt markasının üzərində Beynəlxalq vahidlər sisteminə daxil olan bəzi vahidlər öz əksini tapacaq.

Bu orijinal poçt vərəqi 131×131 mm ölçülərində hazırlanacaq və 9 markadan ibarət olacaq. Markalar isə 37×37 mm ölçülərində tədavülə buraxılacaq.

Layihə dizayner-rəssam S.Kapranova məxsusdur.

Bu maraqlı markanın nominal dəyəri 53 rubl, tiraji isə 126 min nüsxə təşkil olunacaq. Hər vərəqin tiraji isə 14 min nüsxə olacaq.

Poçt markalarının dövriyyəyə buraxıldığı gün Moskva şəhəri üçün "İlk gün" zərfi və ştempel hazırlanacaq. Bundan əlavə üzərinə xüsusi həkketmə həyata keçiriləcək.