Qadından içi 14 litr maye ilə dolu nəhəng şiş çıxarıldı


Digərləri 05 İyl 2019 23:12:00 254 0

Qadından içi 14 litr maye ilə dolu nəhəng şiş çıxarıldı

44 yaşlı qadın yumurtalıqlariş şişməsi, qarnın böyüməsi, ağrılarla xəstəxanaya daxil olub. Onda yumurtalıq şişi aşkarlanıb. Şişin içi maye ilə dolmuşdu.

Son.az medicina.az-a istinadən bildirir ki, Soçidə 4 saylı xəstəxanada əməliyyata alınan qadından şiş 3 saata çıxarılır və içində maye 14 litr həcmində dəyərləndirilir. Cərrahlar bu qədər çox maye ilə rastlaşacaqlarını güman etmirdilər. Törəmə bütün qarın boşluğunu tutmuşdu.

Eləcə də xəstədə tromboz aşkarlanıb və əməliyyatdan bir müddət də xəstəxanada qalacaq.


Xəbərə aid foto